Nikol Paşinyan - İqtidarla danışıqlar hakimiyyətin sülh yolu ilə təhvil edilməsini əhatə etməlidir
Ermənistanın, müxalifətçi deputatı və etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın məlumatına görə, sabah ölkə iqtidarı ilə danışıqlar prosesi başlayacaq.
Paşinyanın dediyinə görə, danışıqlar prosesi hakimiyyətin sülh yolu ilə təhvil verilməsini əhatə etməlidir.
“Axşam saat 19:00-da isə, danışıqların nəticəsi haqqında məlumat vermək üçün mitinq keçiriləcək. Hansı mərhələdə olduğumuzu və hansı addımları atacağımızı müəyyən etməliyik” – dedi Paşinyan.
Yayılan məlumata görə, bugün Yerevanda mitinq keçirilməyəcək.
Xatırladaq ki, Ermənistanın baş naziri, ölkədə keçirilən geniş-miqyaslı etiraz aksiyaları nəticəsində vəzifəsindən istefa etdi.