Ermənistanın baş naziri, Nikol Paşinyan güman edildiyinə görə, sabah istefa verəcək, – yerli media vasitələr məlumat yayırlar.
Bu addımla Paşinyan vaxtından əvvəl parlament seşkilərinin keçirilməsini planlaşdırır.
Seçkilər, Ermənistan Parlamenti ardıcıl olaraq iki dəfə baş naziri seçməsə keçiriləcək. Artıq təsdiq olundu ki, sabah Ermənistan hökumətinin növbədənkənar iclası keçiriləcək.
Paşinyanın güman edilən istefasını “Yelk” Parlament Fraksiyasının sədri, Lena Nazaryan təsdiq edir. Deputatın bəyan etdiyinə görə, ölkədə fəal siyasi proseslər başlayır.