Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir vəzifəsini tutacağını istisna etmir.
Paşinyanın jurnalistlərə bəyan etdiyinə görə, əgər erməni xalqı ona bu məsuliyyəti versə, o Ermənistanın baş naziri olmağa hazırdır.
Onun dediyinə görə, Ermənistanda hakimiyyət artıq xalqın əlinə keçdi və iqtidar tərəfindən müqavimət göstərmək nəticəsiz olacaq.
Xatırladaq ki, Nikol Paşinyan Ermənistan iqtidarı ilə danışıqları sabah planlaşdırır.
Paralel olaraq, parlamentdə bəyan edirlər ki, Ermənistanın yeni baş nazir seçkiləri mayın 2-də keçiriləcək.