Nikol Paşiniyan - İlham Əliyevlə danışıqalara hazıram
Nikol Paşiniyan - İlham Əliyevlə danışıqalara hazıram

Ermənistanın baş naziri, Nikol Paşiniyanın dediyinə görə, Azərbaycan prezidenti ilə danışıqlara hazırdır, – bu barədə bəyanatı Ermənistanın hökumət başçısı “Al Cazira” ilə müsahibəsi zamanı bəyan etdi.

“İlham Əliyevlə danışıqalara, onunla görüşməyə hazıram, problem odur ki, bizdə danışıqaların formatı var, buna görə, hesab etmirəm bu formatın pozulması düzgün olsun. Bu sülhün qorunub saxlanılması və münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün əhəmiyyətlidir. Bu formatda üç nüfuzlu və önəmli dövlət iştirak edir və inanıram ki, əgər Ermənistan və Azərbaycan hökumətlərinin siyasi iradəsi olsa, münaqişənin sülh yolu ilə tənzimlənməsi mümkündür. Bununla yanaşı, bir mənalı olaraq demək istəyirəm ki, hədə-qorxu fonunda heç bir şey etməyəcəyik. Bunu isə Azərbaycandan, o cümlədən Azərbaycan liderindən hər gün eşidirik”, – Paşiniyan bəyan etdi.

Elə onun dediyinə görə, bütün demokratik dövlətlər kimi, Ermənistan da münaqişənin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir.

“Müharibə arzusunda olan, problemin həlli üçün gücdən istifadə edən demokratiya mövcud deyil. Ermənistanda inqilabdan sonra Azərbaycan nəyə görə daha da aqressiv oldu? Ermənistan korrupsiyaya və monopoliyaya qarşı mübarizədə tərəqqiyə nail oldu. Əminəm ki, Azərbaycan hakimiyyəti çalışır ki, öz vətəndaşlarının diqqətini, ölkədə olan problemlərdən Dağlıq Qarabağa yayındırsın.