NATO-nun qətnaməsi - Buxarest sammitinin qərarı ki, Gürcüstan NATO-nun üzvü olacaq və MAP bu prossesin tərkib hissəsidir, qüvvədə qalır
NATO sammitinin sonunda 29 müttəfiq ölkə liderləri Brüssel sammitinin qətnaməsini qəbul etdilər. Mətndə Gürcüstan bir neçə dəfə xatırlanıb.
Qətnamənin 65-ci maddəsində qeyd olunubdur ki, Şimali Atlantik Aliyansının liderləri bir daha təsdiq edirlər ki, NATO açıq qapılar siyasətinə sadiqdir və Gürcüstan mütləq aliyansın üzvü olacaq.
“Bir daha təkrar edirik, 2008-ci ildə qəbul olanan Buxarest sammitinin qərarı ki, Gürcüstan NATO-nun üzvü olacaq və MAP bu prossesin tərkib hissəsidir, qüvvədə qalır. Biz bir daha təsdiq edirik ki, bu qərarın bütün elementləri qüvvədə qalır. Gürcüstanın 2008-ci ildən sonra əldə etdiyi tərəqqini, islahatların həyata keçirilməsində nail olduğu tərəqqini, NATO və Gürcüstan arasında əlaqələrin dərinləşdirilməsini alqışlayırıq”, – qətnamənin 65-ci maddəsində qeyd olunur.