Gürcüstan Müdafiə Nazirliyinin “Armiholunda” bu gün “NATO-Gürcüstan təlimləri 2019” rəsmi olaraq açıldı. Təlimdə iştirak edən hərbi xidmətilərinə Gürcüstan Müdafiə nazirinin birinci müavini Lela Çikovani və NATO-nun birləşmiş silahlı qüvvələrinin təlim mərkəzi başçısının müavini Ladislav Yunq nitqlə müraciət etdilər.
“NATO-Gürcüstan təlimləri 2019” təlimi 18-29 mart daxil olmaqla keçiriləcək və burada 343 hərbi və mülki şəxs iştirak edəcək.
“NATO-Gürcüstan təlimləri 2019” ilk birgə çoxmilli briqada səviyyəli təlimdir. Təlimin məqsədi Gürcüstan müdafiə qüvvələrinin idarəsi və nəzarəti imkanlarının gücləndirilməsidir.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, prosesə beynəlxalq və QHT-lərin nümayəndələri fal qoşulmuş olacaqlar.
“NATO-Gürcüstan təlimləri 2019” SGNP çərçivəsində keçirilən sıra ilə ikinci təlimdir. Bundan öncəki təlim 2016-cı ildə keçirildi.