Gəmi yenə batmağa doğru gedir və Ğaribaşvili batmağı tezləşdirəcək, – Bu barədə “Birləşmiş Müxalifət – Güc Birlikdədirin” üzvü, Nato Çxeidze bəyan etdi.
Nato Cxeidze qeyd etdi ki, müxalifət və partnyorlar “Gürcü Arzusunu” danışıqlara çağırırdılar. Bu fonda isə, “Gürcü Arzusu” baş nazirliyə namizəd olraq Ğaribaşvilini təqdim etdi, güman edildiyinə görə, radikalizmin dərinləşdirilməsini və heç cür danışıqlara getməməyi planlaşdırır.
“Bu ilk növbədə onlar üçün çox pis olacaq. Niyə Ğaribaşvili, ona görə ki, onların ehtiyat skamyaları balacadır və heç kim “Gürcü Arzusu” hökumətində işləmək istəmir. Mən deyəndə ki, radikalizmi dərinləşdirəcək, bu istisna deyil. Qaxariya bəxti həll olunmuş gəmidən getdi, Ğaribaşvili gəmidə qaldı, lakin bu elə bir kapitan deyil ki, gəmini harasa aparsın, gəmi yenə batmağa doğru gedir və Ğaribaşvili batmağı tezləşdirəcək”, – Nato çxeidze bəyan etdi.
Gürcüstanın baş naziri, Giorgi Qaxariya istefa verdi. Bu barədə Giorgi Qaxariya hökumətin administrasiyasında keçirilən fövqəladə brifinqdə bəyan etdi. “Gürcü Arzusu” baş nazirliyə namizəd olaraq İrakli Ğaribaşvilini adlandırdı. Bu barədə qərarı partiyanın siyasi şurasının bugünki iclasında qəbul etdilər.