Natiya Turnava - vətəndaşlara müraciət edirəm, biletləri yalnız Aviasiya Agentliyi və İqtisadiyyat Nazirliyinin veb səhifəsində cədvəli rəsmi olaraq dərc olunan reyslərə alsınlar
Vətəndaşlarımıza müraciət və xəbərdarlıq vermək istəyirəm, biletləri yalnız Aviasiya Agentliyi və İqtisadiyyat Nazirliyinin veb səhifəsində cədvəli rəsmi olaraq dərc olunan reyslərə alsınlar”, – bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava “Airzena” aviaşirkəti tərəfindən Mülki Aviasiya Agentliyi ilə razılaşdırılmadan reyslərin planlaşdırması barəsində şərh edərkən bəyan etdi.
“Təəssüflər olsun ki, məlumat yayılır, “Airzena” aviaşirkəti bəzi istiqamətə bizimlə razılaşdırmadan biletləri satır və bu reyslər bizim tərəfimizdən bəyan edilən istiqamətlər deyil”, – Natiya Turnava bəyan etdi.