Natiya Turnava işçi səfərlə Azərbaycana gedəcək
Natiya Turnava işçi səfərlə Azərbaycana gedəcək

17-18 sentyabrda Azərbaycanda Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnavanın səfəri olacaq.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, səfərin məqsədi ölkələr arasında iqtisadi əməkdaşlığın sonrakı inkişafı və Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının gündəminin hazırlanmasıdır.

Gürcüstan nümayədə heyəti tərkibinə nazirin müavinləri David Tvalabeişvili və Qenadi Arveladze, həmçinin “Gürcüstan Dəmiryolunun” baş direktoru David Peradze daxildilər.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava Azərbaycan İqtisadiyyat naziri, Şahin Mustafayev ilə görüşəcək. Səfər çərçivəsində “Azərbaycan Dəmiryolu” və “SOCAR”-ın rəhbər şəxsləri ilə görüş planlaşdırılıb.