Natiya Turnava - bütün riskləri nəzərə alaraq, düşünürəm, nəqliyyat yaxın zamanda, planlaşdırdığımızdan daha tez fəaliyyətinə başlayacaq
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava təzminatların ödənilməsi məsələsi barəsində söhbət edərkən bəyan etdi ki, hökumətin yanaşması maksimal olaraq liberaldır.
Elə onun bəyan etdiyinə görə, qeyd olunan proses barəsində sualların olması təbiidir.
Lakin, nazir düşünür ki, təzminatların ödənilməsi prosesi təşkil olunaraq həyata keçirləcək.
“Təzminatın ödənilməsi sağlam prosesdir. Əsas odur ki, təzminatların ödənilməsi planı, bütün kateqoriyanı əhatə edir. Bu baxımından maksimal olaraq, liberal yanaşmamız var. Qeyd olunan proses barəsində sualların olması təbiidir”, – Turnava bəyan etdi.
İctimai nəqliyyatın işə başlamasına gəldikdə, Natiya Turnavanın açıqlamasına görə, müzakirələr aparılır və qərar planlaşdırıldığından tez qəbul olunacaq.