Natia Mezvrişvili - Hüquqmühafizəçilər tərəfindən müxtəlif cinayətlərə qeyri-müvafiq reaksiyanın verilməsi ilə bağlı yayılan məlumat yalandır
Natia Mezvrişvili - Hüquqmühafizəçilər tərəfindən müxtəlif cinayətlərə qeyri-müvafiq reaksiyanın verilməsi ilə bağlı yayılan məlumat yalandır

Bəzi medya vasitələri və müəyyən şəxslər tərəfindən yalan məlumat yayılır ki, güya hüqumühafizəçilər müxtəlif cinayətlərə gərəkli reaksiya vermirlər, – bu barədə bəyanatı Daxili İşlər Nazirlinin  müavini Natia Mezvrişvili bugün keçirdiyi brifinqdə verdi.

Onun dediyinə görə, seçki qabağı belə mesajlar əhalidə cəzalandırılmamaq sindromunu artırır və ancaq zorakılığa əsas yaradır.

“Halbuki bugün polis tərəfindən bir neçə fiziki qarşıdurmanın qarşısı alındı. Bildirmək istəyirəm ki, Daxili İşlər Nazirliyinin əmri ilə, polis mobil qrupları yaradıldı, hansı ki, bütün ölkə miqyasında seçkilərin sakit və təhlükəsiz mühitdə keçirilməsini təmin edəcəklər” – dedi Natia Mezvrişvili.