Nakerala aşırımında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

11:16, 09.11.2026

Nakerala aşırımında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. 

“Güclü qar yağması səbəbindən dövlət əhəmiyyətli Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun 39-50-ci kilometrlik hissəsində (Nakerala aşırımı) qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir”, – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub. 

 

Oxşar