Müəyyən kateqoriyalı insanlar üçün şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın birinə qədər pulsuz veriləcək
Ədliyyə Nazirinin əmri ilə, müəyyən kateqoriyalı insanlar üçün şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın birinə qədər pulsuz veriləcək.
Bu barədə məlumatı Ədliyyə Evi yayır.
Cari ilin martın 1-də seçki siyahısının düzəldilməsi aksiyası çərçivəsində, şəxsiyyət vəsiqələri tam 98 246 vətəndaşına pulsuz verildi.
Aksiya müddətinin uzadılması ilə bağlı bəyanatı Dövlət Servislərinin İnkişaf Agentliyinin sədri Soso Giorqadze əldə edilən nəticələri cəmiləşdirib, aksiyayı dəyərləndirərkən verdi.
Şəxsiyyət vəsiqələrini pulsuz, 2019-cu ilin yanvar ayında 18 yaşı tamam olan gənclər, vəsiqələrinin şəkilləri yaramaz vəziyyətdə olanlar, vəsiqələrinin qüvvədə olma müddəti başa çatan şəxslər, ünvansız qeydiyyatdan keçən şəxslər, hüquqi dəyəri olmayan heç bir sənəd sahibi olmayan şəxslər və sairə ala biləcəklər.
Aksiyadan istifadə etmək istəyən vətəndaşlar Ədliyyə evlərinə, Dövlət Servislərinin İnkişaf Agentliklərinə və ya ictimai mərkəzlərə müraciət etməlidirlər.