Mtasminda majoritar dairəsində bu gün Parlamentin aralıq seçkilərinin ikinci turu keçirilir
Tbilisidə, Mtasminda majoritar dairəsində bu gün Parlamentin aralıq seçkilərinin ikinci turu keçirilir.
Mərkəzi Seçki Komissiyasında bəyan edirlər ki, seçkilər 31 seçki məntəqəsində keçirilir ki, burada da 43 909 seçici qeydiyyatdan keçib.
9 iyun seçkilərində iki namizəd iştirak edir: N13 Şalva Şavqulidze və N41 Vladimer Kaxadze.
Seçicilər Parlamentin majoritar deputatını seçmək üçün bir seçki bülletenini alacaqlar. MSK-da bəyan edirlər ki, məhdud imkanlara malik insanlar üçün bütün seçki məntəqələrində müvafiq servislər təmin olunacaqdır.
Mərkəzi Seçki Komissiyasının 2 51 00 51 nömrəli qynar xətti işə düşüb.