MSK-ya prezidentliyə namizədin təqdim edilməsi müddəti başa çatdı, seçki administrasiyasına 46 ərizə daxil olub
Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədin təqdim edilməsi müddəti başa çatdı.
Mərkəzi Seçki Komissiyasının sədri, Tamar Jvaniyanın adına MSK-ya 46 ərizə daxil olub. Prezidentliyə namizədi 26 təşəbbüs qrupu və 20 partiya təqdim edib.
MSK-da açıqladıqları kimi, bu gündən 10 gün ərzində namizəd kimi qeydiyyatdan keçmək arzusunda olanlar seçki administrasiyasına tərəfdarlarının imzalarını təqdim etməlidirlər. Bunun da son müddəti 18 sentyabrdır. Qeydiyyat isə, sentyabrın 28-də başa çatır.
Prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.