MSK-ya prezidentliyə namizədlərin təqdim olunması müddəti bu gün tükənir
Prezidentliyə namizədi təqdim etmək arzusunda olan təşəbbüs qrupları və partiyalar Mərkəzi Seçki Komissiyasına bu gün, saat 18:00-a qədər müraciət etməlidirlər. Bundan sonra isə, onlar tərəfdarlarının imzalarını toplamalı olacaqlar.
MSK-nın sərəncamına əsasən, prezidentliyə namizədin təqdimatı ən azından 25 923 (seçicilərin ümumi sayının 0,75 %) seçicinin imzası ilə təsdiq olunmalıdır.
“Sentyabrın 8-də, saat 18:00-da təşəbbüs qrupları və partiyaların Mərkəzi Seçki Komissiyasının sədrinə ərizə ilə mürəciəti müddəti başa çatır. Bundan sonra onlar tərəfdarlarının imzalarını toplamağa başlaya bilərlər. İmzalar Mərkəzi Seçki Komissiyasına seçkilər günündən qırx gündən gec olmayaraq təqdim olunmalıdır”, – MSK-nın mətbuat spikeri, Ana Mikeladze bəyan etdi.
Bu vaxta qədər mövcud olan göstəricilərə əsasən, MSK-nın sədri adına 41 ərizə daxil olub. Prezidentliyə namizədi 22 təşəbbüs qrupu və 19 partiya təqdim edib.