Moskva və Sankt-Peterburqda hökumət əleyhinə aksiyalar keçirilir, həbslər barədə məlumatlar yayılır

19:56, 24.09.2022

Moskva və Sankt-Peterburqda hökumətə qarşı aksiya keçirilir.

“BBC”nin rus xidmətinin məlumatına görə, Moskva və Sankt-Peterburqda polis Rusiyada elan olunmuş qismən səfərbərlik ərəfəsində keçirilən etiraz aksiyalarında nümayişçiləri həbs etməyə başladı.

Müxtəlif nəşrlər “tvitter” mikrobloqunda aksiyalar haqqında yazırlar. “Sota” nəşrinin məlumatına görə, Moskvada keçirilən aksiyada azyaşlı həbs edildi.

Əhalinin bir hissəsi Vladimir Putinin qismən səfərbərlik qərarına etiraz edir.

Xatırladaq ki, qismən səfərbərlik Rusiyada 21 sentyabrda elan edildi. Rus mediasının məlumatına görə, Rusiya prezidenti, Vladimir Putin qanuna imza atdı ki, hansına da əsasən müharibə vəziyyətində döyüş əməliyyatlarında iştirak etməkdən imtina üç ildən on ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar