Vladimir Putin qanuna imza atdı ki, ona da əsasən döyüş əməliyyatlarında iştirak etməkdən imtina üç ildən on ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur
Rusiya prezidenti, Vladimir Putin qanuna imza atdı ki, hansına da əsasən müharibə vəziyyətində döyüş əməliyyatlarında iştirak etməkdən imtina üç ildən on ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Məlumatı rus mediası yayır.
Bununla yanaşı, hərbi vəziyyət dövründə komandirin əmrini yerinə yetirməmək iki ildən üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin qanunda fərariliyə və ya hərbi qulluqçular tərəfindən hərbi xidmətə çağırıldığı halda hərbi xidmətə getməməyə görə, 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Putinin imzaladığı qanuna əsasən, səfərbərlik, hərbi vəziyyət, döyüş əməliyyatları və ya hərbi münaqişə zamanı hərbi xidmət rəisinə qarşı zorakılıq 15 ilə qədər həbs cəzası ilə cəzalandırılır.