Misirdə iki qatarın toqquşması nəticəsində ən azından 10 nəfər həlak oldu. İlkin məlumata görə, xəsarət alanların sayı 15-dən artıqdır. Bu barədə məlumatı Misir mətbuatı ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Dəmiryolu qəzası Beheyra əyalətində baş verdi.
Hazırda hadisə yerində xilasedicilər işləyir.
Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis araşdırmalara başlayıb.