Minsk aeroportunda iki üzdəniraq gürcü qanuni oğrusunu yaxaladılar. Bu barədə məlumatı “Belta” yerli agentliyi Belarus DİN-ə istinad edərək yayır.
İdarənin məlumatına görə, Minsk aeroportunda Gürcüstanın iki vətəndaşını yaxaladılar. Hüquq mühafizəçilər yanvarın 17-də Qela Qardavanı, sabahsı isə Suliko Şarikadzeni yaxaladılar.
Elə onların məlumatına görə, yaxalanarkən Qela Qardava sərhədçilərə Rusiya vətəndaşlığının saxta sənədini təqdim etdi.
Belarus DİN-in bəyanatına görə, o, yaxalanarkən öz cinayətkar statusunu etiraf etdi. İdarənin məlumatına görə, Qela Qardava “Ded Xasanın” cinayətkar qrupunun üzvüdür.
Suliko Şarikadzeyə gəldikdə isə, onu Belarusda immiqrasiya qanunvericiliyinin pozulmasına görə yaxaladılar.