Milli imtanahanlar ilkin nəticələrinin bəyan edilməsi bir neçə gün gecikəcək
Milli imtanahanlar ilkin nəticələrinin bəyan edilməsi bir neçə gün gecikəcək

Vahid milli imtahanlar bu gün başa çatdı. Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzinin direktoru, Maya Miminoşvilinin bəyan etdiyinə görə, yazıların fəal yoxlanılması baş verir, lakin ilkin nəticələrinin bəyan edilməsinin bir neçə gün gecikməsi mümkündür.

“Böyük ümudim var ki, abituriyentlər buna anlamla yanaşacaqlar. Biz maksimumu edirik. Güman edildiyinə görə, avqustun əvvəlindən artıq mərhələ şəklində ilkin nəticələri bəyan edəcəyik”, – Maya Miminoşvili bəyan etdi.

Onun dediyinə görə, cədvəlin dəyişməsinə görə, yekun seçimin edilməsinin müddəti dədəyişəcək.

“Abituriyentlərin imkanı olacaqdır ki, apellasiyanın son nəticələrinin bəyan edilməsinə qədər öz seçimlərinə dəyişiklik etsinlər. Bunun 15 avqust olması mümkündür. Apellasiya nəticələri ilə tanış olduqdan sonra, onların bunun üçün bir günləri olacaq”, – Miminoşvili bəyan etdi.

Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzinin direktoru, cədvəlin dəyişməsi səbəbi olaraq yüksək temperatutu göstərir.

Vahid milli imtahanlar iyulun 2-də gürcü dili və ədəbiyyatı ilə başladı və bu gün fizika imtahanı ilə başa çatdı.