Mixeil Sarcveladze - Nino Burcanadzenin fikri yanlışdır və mövcud olmağa haqqı yoxdur
Parlamentin İnsan Hüquqları Müdafiəsi Komitəsinin sədri, Mixeil Sarcveladzenin bəyan etdiyinə görə, “Vahid Gürcüstan” partiyasının lideri, Nino Burcanadzenin Rusiya ilə bağlı bəyanatı yanlış fikirdir.
Sarcveladzenin dediyinə görə, qeyd olunan fikirin mövcud olmasına haqqı yoxdur.
“Təəssüflər olsun, düşünürəm ki, baxış arealı və miqyası çox kiçik olmalıdır ki, insan bu cür yekun nəticəni səmimi olaraq çıxarsın. Əgər başqa motiv varsa, bunu dəyərləndirməkdə çətinlik çəkərəm. Bu yanlış fikirdir və mənim fikrimcə qeyd olunan fikirin mövcud olmasına haqqı yoxdur”, – Sarcveladze bəyan etdi.
“Vahid Gürcüstan” partiyasının lideri, Nino Burcanadze “Exo Maskvi” radio stansiyası ilə müsahibəsində bəyan etdi ki, Rusiya-Gürcüstan əlaqələrini yalnız Rusiya prezidenti, Vladimir Putin yaxşılaşdıra bilər.