Mixeil Canelidze - diaspor nümayəndələri Gürcüstanda cari proqramlar barədə məlumatı xüsusi aplikasiya vasitəsi ilə alacaqlar
Mixeil Canelidze - diaspor nümayəndələri Gürcüstanda cari proqramlar barədə məlumatı xüsusi aplikasiya vasitəsi ilə alacaqlar

“2017-ci ildə diaspor ilə əlaqələr baxımından çox önəmli addımlar atıldı. Bu il biz diaspor siyasəti istiqaməti üzrə kompleks strategiyasını hazırladıq. Proqram bütün baxış və maraqları maksimal olaraq əks etdirir və nəzərdə tutur. Çox önəmlidir ki, qeyd olunan strategiyanın müəyyənləşdirilmiş büdcə ilə konkret layihlərimiz var onların həyata keçirilməsi prioritetimizdir”, – Mixeil Canelidze xarici əlaqələr, diaspor və Qafqaz məsələləri və Avropa ilə inteqrasiya komitələrinin birləşdirilmiş iclasında nitqlə çıxış edərkən bəyan etdi.

Baş nazir müavini, Xİ naziri Mixeil Canelidze prioritetlərdən birini diaspor nümayəndələrinin, Gürcüstanın quruculuğu prossesinə qoşulmalarının təmin edilməsini göstərdi.

“Bizim xaricdə bir çox uğurlu gürcümüz var. Onların Gürcüstanın cari prosseslərin iştirak etmə arzuları var. Bu il biz onların arzularına imkan yaradan layihələr axtarmalıyıq”, – XİN rəhbəri bəyan etdi.

Mixeil Canelidzenin sözlərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyi Təhsil və Elm, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi və Mədəniyyət və İdman Nazirliyi ilə konkret layihələrin həyata keçirilməsində fəal işləyir.

Mixeil Canelidzenin dediyinə görə, diasporun qoşulmasına diaspor nümayəndələri üçün yaradılan yeni rahat onlayn aplikasiya da imkan yaradacaq. Aplikasiya vasitəsi ilə, xaricdə yaşayan Gürcüstan vətəndaşları planlaşdırlmış və həyata keçirilmiş proqramlar, Gürcüstan cərəyan edən prosseslər, olduğu ölkədə səhiyyə, sosial hüquqlar, hüquqi xidmət və başqa servislər barəsində məlumat alacaqlar.