Mixeil Canelidze - Bidzina İvanişvilinin partiya sədri olaraq seçilməsi ölkə daxilindəki siyasi prosesləri gücləndirəcək
Mixeil Canelidze - Bidzina İvanişvilinin partiya sədri olaraq seçilməsi ölkə daxilindəki siyasi prosesləri gücləndirəcək

Xarici İşlər Naziri, Mixeil Canelidze “Gürcü Arzusu” partiyasının sədri vəzifəsinə Bidzina İvanişvilinin seçilməsini salamlayır.

Onun dəyərləndidiyinə görə, Bidzina İvanişvilinin sədrliyi partiya və ölkə daxilindəki siyasi prosesləri gücləndirəcək.

Bidzina İvanişvilinin “Gürcü Arzusu” partiyasının prezidentliyə namizədi olub-olmayacağı barədə suala Canelidze cavab verə bilmədi və bu haqda məlumatının olmadığını bəyan etdi.

Xatırladaq ki, dünən partiya iclasında, Gürcüstanın baş naziri və eyni zamanda “Gürcü Arzusu” partiyasının sədri Giorgi Kvirikaşvili bəyan etdi ki, partiya sədrliyini Bidzina İvanişviliyə təklif etdi, o da razı oldu.