Mixeil Canelidze - ABŞ Dövlət Katibinin yardımçısının Gürcüstana səfəri, ABŞ-ın Gürcüstana tam dəstəyini vurğulayır
ABŞ Dövlət Katibinin yardımçısı Ues Mitçelin Gürcüstana səfəri, ABŞ-ın Gürcüstana tam dəstəyini vurğulayır, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze verdi.
Canelidzenin dediyinə görə, Ues Mitçel Gürcüstanda NATO günləri çərçivəsində NATO xalq diplomatiyası forumunda iştirak edəcək.
Xarici İşlər Nazirinin dediyinə görə, NATO xalq diplomatiyası forumu Gürcüstanda üçüncü dəfə keçirilir.
“Gürcüstanda NATO-ya inteqrasiya məsələsinin dəstək göstəricisi yüksəkdir, ancaq vacibdir ki, bu dəstəyin əhəmiyyəti yaxşı dərk edildin və bu əhalinin tam məlumatlandırılmış seçimi olsun. NATO-nun xalq diplomatiyası forumunun məqsədi budur” – dedi Mixeil Canelidze.