Mixeil Giorqadze - Nazirlikdə kadrların azaldılması inzibati hissəyə aid olacaq
Mixeil Giorqadze - Nazirlikdə kadrların azaldılması inzibati hissəyə aid olacaq

Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixeil Giorqadzenin bildirdiyinə görə, nazirlikdə optimallaşdırma üçün,  üç ay lazım gəlməyəck, ancaq müəyyən rəqəmlər yalnız yekun planın formalaşdırılmasından sonra bəlli olacaq.

“Öncədən demək istəyirəm ki, biz maksimal olaraq sahə istiqamətini qoruyub saxlayırıq. Təbii ki, idman və mədəniyyəti nəzərdə tuturam. İnzibati xərclər hissəsində müəyyən optimallaşdırma olacaq. Kadrların azaldılmasını güman edirik, lakin bir daha demək istəyirəm ki, bu  inzibati hissəyə aid olacaq. Sahə hissəsində praktiki olaraq biz, kadrları tamamilə qoruyub saxlayırıq. Onlar həqiqətən yüksək peşəkar kadrlardırlar. Biz heç bir peşəkarın, heç bir kadrın itirməsini istəmirik”, – Giorqadze bəyan etdi.

Xatırladaq ki, Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə İsman və Gənclərlə iş üzrə Nazirliyinin idman komponenti birləşir.