Mixeil Ğavelaşvili - Türkiyə Prezidenti ilə telefon danışığı apardım, bu ağır dəqiqələrdə türk xalqının yanındayıq, ağrı və kədərinizi bölüşürük
Mixeil Ğavelaşvili - Türkiyə Prezidenti ilə telefon danışığı apardım, bu ağır dəqiqələrdə türk xalqının yanındayıq, ağrı və kədərinizi bölüşürük

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Mixeil Ğavelaşvili türk həmkarı ilə telefon danışığı aparıb. Gürcüstan Prezidenti bu haqda sosial şəbəkədə yazır.

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardım. Türk həmkarıma Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar səmimi başsağlığı verdim. Cari axtarış-xilasetmə tədbirinə toxunuldu. Bu ağır dəqiqələrdə türk xalqının yanındayıq, ağrı və kədərinizi bölüşürük” – Mixeil Ğavelaşvili qeyd edir.

Məlumat üçün bildirək ki, Siğnaği Munisipalitetində Gürcüstanın dövlət sərhədindən təxminən 5 kilometrdə türk hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə Azərbaycan-Türkiyə istiqamətində reys yerinə yetirirdi. Faktla əlaqədar istintaq Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə aparılır, bu isə insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismarı qaydasının pozulması deməkdir.

“Saqaeronavigatsia”da bildiriblər ki, Türkiyənin “C-130” tipli hava gəmisi Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən radarlardan yoxa çıxıb, bundan sonra da axtarış-xilasetmə işləri başlayıb.

Türkiyə Müdafiə Nazirliyində qəzaya uğrayan türk təyyarəsinin göyərtəsində 20 hərbçinin olduğunu bildiriblər. Türkiyə hərbi yük təyyarəsinin qəzası ilə əlaqədar olaraq Gürcüstana Fövqəladə Hallar Agentliyinin xilasetmə qruplarını göndərir.

Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi yük təyyarəsinin qara qutusunun tapıldığını bildirib.https://1tv.ge/lang/az/news/rejeb-tayyib-%c9%99rdogan-teyyaremizin-gara-gutusu-tapilib-ve-istintag-basladilib-gurjustan-hakimiyyeti-prosesde-maksimum-komek-ve-emekdasligi-temin-edir/