Mixeil Ğavelashvili – Rəcəb Tayyib Ərdoğanı böyük dostum adlandırıram, aramızda yaxşı münasibətlər formalaşıb. Beynəlxalq vəziyyəti nəzərə alaraq, tərəfdaşlığımızı möhkəmləndirməyimiz və sülhü qorumağımız vacibdir

18:18, 13.11.2026

“Rəcəb Tayyib Ərdoğanı özümün böyük dostum adlandırıram. Aramızda çox yaxşı və səmimi münasibətlər formalaşıb ki, bu da bizim iki ölkəmizin bir-birinə olan xüsusi münasibətindən irəli gəlir”, – deyə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Antalyada “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Ğavelaşvilinin qeyd etdiyinə görə, Gürcüstan və Türkiyəni müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlıq birləşdirir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı özümün böyük dostum adlandırıram. Aramızda çox yaxşı və səmimi münasibətlər formalaşıb ki, bu da bizim iki ölkəmizin bir-birinə olan xüsusi münasibətindən irəli gəlir. Dəyərlər və siyasət baxımından mövqelərimiz üst-üstə düşür – milli maraqları, sabitliyi, sülhü, öz dəyərlərimizi və ənənələrimizi qoruyuruq. Bizim üçün qarşılıqlı etimada və hörmətə əsaslanan siyasət mühüm əhəmiyyət daşıyır. Bugünkü beynəlxalq vəziyyət fonunda bu cür münasibətlərlə tərəfdaşlığımızı daha da möhkəmləndirmək, ortaq dəyərləri və sülhü qorumaq zəruridir”, – deyə Gürcüstan Prezidenti bildirib.

Oxşar