Mevlut Çavuşoğlu - Suriya ordusu Afrina küdlərə yardım üçün daxil oldusa, Türkiyəni heç kim dayandıra bilməyəcək
Suriya ordusu Afrina küdlərə yardım üçün daxil oldusa, Türkiyəni heç kim dayandıra bilməyəcək, – bu barədə Türkiyənin xarici işlər naziri bəyan etdi.
Mevlut Çavuşoğlunun dediyinə görə, hərbi əməliyyata başlamanın məqsədi Türkiyə sərhədində terror təhlükəsinin qarşısının alınmasıdır.
“İndi əsas sualdır ki, Əsədin ordusu Afrinə gələcək ya yox, və əgər gəlsə, nə məqsədlə? Əgər buna məqsəd kürd qruplarından terrorçuların təmizlənməsidirsə, burada problem yoxdur. Əgər onlar terrorçulara yardım edəcəklərsə, bizi heç kim dayandıra bilməyəcək. Bu Afrin, Munbiç və Yefratın şərq ərazisinə aiddir”, – Türkiyənin xarici işlər naziri qeyd etdi.
Suriya hökumət agentliyi, SANA-nın məlumatına görə, Suriya hakimiyyəti tərəfdarı “Xalq Qüvvələri” Afrinə bir neçə saata daxil olacaqlar.
Qeyd olunan manevrin məqsədi, Afrin bölgəsində Türkiyə hərbi əməliyyatının məhdudlaşdırmasıdır.