Merab Morçadze - Yeni yetmələrdən birinin qohumuyam, nəyə görə həbs edildiyimi bilmirəm
Hansı suçlama ilə həbs edildiyimi bilmirəm, sorğudan çıxandan sonra deyəcəm, – bu sözləri Xorava küçəsində baş verən cinayətlə bağlı həbs edilən Merab Morçadze jurnalistlərə dedi.
Merab Morçadze Daxili İşlər Nazirliyinə bir neçə dəqiqə bundan öncə sorğuya aparıldı.
“Yeni yetmələrdən birinin qohumuyam, nəyə görə həbs edildiyimi bilmirəm, amma düşünürəm ki, həqiqət öz yerini tapacaq” – dedi Morçadze.
Xorava küçəsində baş verən cinayətlə bağlı 1973-ci il təvəllüdlü Merab Morçadze həbs edildi.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, istintaq çərçivəsində aşkarlanan dəlillər nəzərə alınaraq, Merab Morçadze şahadlara təzyiq etmək ittihamı ilə həbs edildi.
Xatırladaq ki, Xorava küçəsində yeniyetmələrin qətl işi, yeni istintaqın başlaması üçün, prokurorluqdan geri Daxili İşlər Nazirliyinə qaytarıldı.
Xorava küçəsində baş verən cinayətlə bağlı, 2017-ci ilin dekabr ayında iki yeniyetmə həbs edildi.
Cari ilin may ayında isə, Tbilisi Şəhər Məhkəməsi qatillərin birinə 10, digərinə isə, 9 il həbs cəzası verildi.