Məktəblərdə buraxılış imtahanlarının ləğv olunması ilə bağlı qanunlayihə aprelin 16-da yenidən səs verməyə çıxardılacaq
Gürcüstan parlamentinin Təhsil Komitəsinin sədri Mariam Caşinin bəyanatına görə, qanunverici orqan “Ümumi təhsil haqqında” qanunlayihəyi, hansına əsasən, məktəblərdə buraxılış imtahanları ləğv olunmalıdır, üçüncü oxunuşla aprelin 16-da, plenar iclasda təsdiqləyəcək.
“Təəssüf ki, texniki problemlərə görə, qanunlayihənin son mərhələsi başa çatdırıla bilmədi. Zalda səs-küy-var və idi və səs-vermə zamanı texniki problemlər baş verdi. Söz verirəm ki, qanunlayihənin müzakirəsi aprelin 16-da başa çatdırılacaq və planlaşdırıldığı kimi, 11-ci və 12-ci sinif şagirdləri attestasiya imtahanlarını tapşırmayacaqlar” – dedi Mariam Caşi.
Xatırladaq ki, parlamentinin bugünki plenar iclasında məktəblərdə buraxılış imtahanlarının ləğv olunması ilə bağlı hazırlanan qanunlayihə təsdiqlənmədi. Deputatlar “Ümumi təhsil haqqında” qanunlayihəyi bu gün səs verməyə çıxartdılar, dəyişiklikləri 54 deputat dəstəklədi.