Medianın məlumatına görə, Rusiyanın müxtəlif şəhərlərində hökumətə qarşı etiraz aksiyalarında 730-dan çox insan həbs edildi

21:35, 24.09.2022

Rusiyanın müxtəlif şəhərlərində hökumətə qarşı etiraz aksiyalarında 730-dan çox insan həbs edildi. “Qardianın” məlumatına görə, aksiyalar ölkənin 32 şəhərində keçirildi.

Müxtəlif mənbələrə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada 345, Sankt-Peterburqda isə, 129 nəfəri həbs etdilər.

Rusiyada razılaşdırılmamış aksiyalar qanunla qadağandır. Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etdikdən sonra Moskva və digər şəhərlərdə etiraz aksiyaları başladı. Rus mediasının məlumatına görə, Rusiya prezidenti, Vladimir Putin qanuna imza atdı ki, hansına da əsasən müharibə vəziyyətində döyüş əməliyyatlarında iştirak etməkdən imtina üç ildən on ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar