Medianın məlumatına görə, Belarus və Rusiyanın vahid parlament və hökuməti olacaq
Belarus mediasının məlumatına görə, Belarus və Rusiya vahid parlament və hökuməti layihəsi üzərində işləyir. Bu barədə media ilə müsahibəsində Belarusun Rusiyadakı səfiri, Vladimir Semaşko bəyan etdi.
“Məqsədlər dəyişməməlidir. Vahid vergi qanunvericiliyinə keçid, neftin vahid bazarının yaradılması, vahid parlament və hökumətin formalaşdırılması planlaşdırılıbdır. Bu məqsəd indi həll olunmalıdır”, – Semaşko bəyan etdi.
Onun qeyd etdiyinə görə, birgə layihənin həyata keçirlməsi 2012-ci il üçün planlaşdırılıb.