Mayın 19-da seçicilərin səslərini səkkiz məntəqədə elektron şəkildə hesablayacaqlar
2019-cu ilin mayın 19-da, seçkilərdə bir neçə məntəqədə, seçki prosesində səslərin hesablanması elektron texnologiyaların istifadəsi ilə baş verəcək.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibinin, Natiya Mikeladzenin bəyan etdiyinə görə, elektron hesablamanın pilot layihəsinin növbəti mərhələsi Tsğaltubonun dörd və Tğibulinin dörd seçki məntəqəsində həyata keçiriləcək. Qeyd olunan səkkiz məntəqədə cəmi 7 762 seçici qeydiyyatdan keçib.
MSK açıqlama verir ki, səkkiz seçki məntəqəsində elektron hesablama aparatı seçki qutularında quraşdırılmış olacaq. Seçici bülleteni aparata yerləşdirdikdən sonra, elektron cihaz bülleteni skaner edir və nəticələri avtomatik olaraq hesablayır.
Pilot layihəsi Kanada beynəlxalq – DELIAN QHT-nın dətəyi ilə həyata keçirilir.