Mamuka Mdinaradze istisna etmir ki, Tatunaşvilinin işi üzrə müxalifət və hakim komanda birgə sənəd üzrə razılaşsın
“Gürcü Arzusu” fraksiyasının sədri, Mamuka Mdinaradze istisna etmir ki, Tatunaşvilinin işi üzrə müxalifət və hakim komanda birgə sənəd üzrə razılaşsın.
Mdinaradzenin jurnalistlərə bəyan etdiyinə görə, fraksiyanın bu gümnki iclasında Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvilini dinləyəcəklər. Nazir deputatlara sülh siyasəti haqqında məlumat ötürəcək.
“hakimiyyətin ən praqmatik və nəticəyəyə orientləşdirilmiş siyasəti var. Çalışırıq ki, malsimal nəticəyəyə orientləşdirilmiş siyasəti yürüdək. Bizim hər bir addımımız və o cümlədən qətnamələrimiz beynəlxalq berketlərin istifadəsi və bu işə xarici partnyorların qoşulmalarının təmin edilməsi məqsədini güdür. İstisna etmirəm ki, birgə sənəd üzrə razılığa gələk. Bu barədə müzakirə aparırıq. Burada partiya maraqları yoxdur”, – Mdinaradze bəyan etdi.