Mamuka Baxtadze UFC liqasında Gürcüstan bayrağı altında döyüşən yeganə idmançı, Merab Dvalişvili ilə görüşdü
Gürcüstanın baş naziri, Mamuka Baxtadze UFC liqasında döyüşən idmançı, Merab Dvalişvili ilə görüşdü.
Merab Dvalişvili ABŞ-da, UFC liqasında Gürcüstan bayrağı altında döyüşən yeganə idmançıdır.
Son qələbəsini o, sentyabrın 15-də qazandı. O, Amerikalı rəqibini, Turian Uoru məğlubiyyətə uğratdı.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Mamuka Baxtadze Dvalişvilinin qələbəsini təbrik etdi və qeyd etdi ki, ABŞ-da gürcü idmançısının yarışması ölkəmizin populyarlaşdırılması baxımından çox əhəmiyyətlidir. Baş nazir ona uğurlar arzuladı.