Rusiya Federasiyasına müraciət edirəm ki, götürülmüş və imzalanmış beynəlxalq öhdəlikləri yerinə yetirin və Gürcüstan ərazisindən əsgərlərinizi çıxarın, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze BMT-nin Baş Assambleyanın 73-cü sessiyasında nitqlə çıxış edərkən bəyan etdi.
Hökumət başçısı qeyd etdi ki, Gürcüstan Cenevrə danışıqları formatının fəal istifadəsinə çalışır.
“Halbuki, bizim masa arxasında danışıqlar cəhdlərimiz Rusiya tərəfindən əsassız və qəbuledilməz qarşıdurma ilə qarşılaşır. Bir daha qeyd etmək istəyirəm ki, BMT-nin Cenevrə danışıqları prosesində cəhdləri xüsusi ilə önəmlidir.
Bu gün 21-ci əsrdə, süni baryerlərin yaradılması və tikanlı məftillərin çəkilməsi qəbuledilməzdir. Biz əlaqələrin dalandan çıxarılmasını istəyirik. Lakin yalnız suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq hüquq prinsiplərinin hörməti əsasında”, – baş nazir qeyd etdi.
Gürcüstanın baş naziri Mamuka Baxtadze BMT-nin Baş Assambleyasına gürcü dilində müraciət etdi.