Mənimlə birlikdə məsuliyyətli şəxslər və ən əsası, öz işlərinin peşəkarları olan insanlar dururlar, – bu barədə baş nazir Mamuka Baxtadze bəyan etdi.
“Hörmətli cənab parlamentin sədri, hörmətli deputatlar, minnətdarlığımı bildirmək istəyirəm ki, bizi dinlədininiz və məzmunlu söhbətimiz var idi. Bir daha demək istəyirəm ki, mənimlə birlikdə məsuliyyətli şəxslər və ən əsası, öz işlərinin peşəkarları olan insanlar dururlar.
Biz bir komandayıq və əminəm ki, birgə səylərlə proqramımızda qeyd olunan bütün məqsədlərimizə nail olacağıq. Bir daha təkrar etmək istəyirəm ki, parlamentlə fəal əməkdaşlıq etməyə hazırıq. Yeni komanda sabahdan işə başlayacaq. Pozitiv dəyişikliklər olacaq. Diqqətinizə görə təşəkkürümü bildirirəm”, – Mamuka Baxtadze bəyan etdi.