Mamuka Baxtadze Parlamentə ilk illik hesabatı iyunun sonuna qədər təqdim etməlidir
Gürcüstanın baş naziri, Mamuka Baxtadze Parlamentə ilk illik hesabatı iyunun sonuna qədər təqdim etməlidir.
Qanunvericilik orqanı üçün illik hesabatın təqdim olunması yeni reqlament ilə nəzərdə tutulub.
Baş nazirin məruzə ilə çıxışı vaxtına və formatına gəldikdə, reqlamentə uyğun olaraq, vaxtı baş nazir ilə Parlamentin bürosu müəyyənləşdirir. Hökumət başçısının çıxışının sona yetməsindən sonra siyasi debatlar keçirilir.
Əvvəlki reqlament ilə, baş nazir qanunvericilik orqanına hesabatı yazılı şəkildə sentyabrda təqdim edirdi.