Mamuka Baxtadze - Növbəti iki ildə Gürcüstan-Azərbaycan arasındaki ticari dövriyyəyi 50-60 faizlə artıra bilərik
Gürcüstan və Azərbaycan strateji partnyorlardılar, bizim mehriban qonşuluğumuz və dostluğumuz isə, əsrlərdir davam edir, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə baş-başa görüşdən sonra verdi.
İlham Əliyev və Mamuka Baxtadzenin üz-bə-üz görüşü haqqında məlumatı Gürcüstanın iqtidar administrasyasının mətbuat xidməti yayır.
Yayılan məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Mamuka Baxtadzeyə, baş nazir təyin olduqdan sonra qısa zamanda Bakıya səfər etdiyi üçün təşəkkür etdi və qeyd etdi ki, bu səfər Gürcüstan və Azərbaycan arasındaki münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir.
İlham Əliyev qeyd etdi ki, əsrlər boyu gürcü və azərbaycan xalqları sülh və dostluq atmosferində yaşayırlar. Onun dediyinə görə, ticarət dövriyyəsinin yüksəldilməsi ilə bağlı səylər artırılmalıdır.
“Bilirəm ki, Gürcüstanda böyük investisiya iqlimi mövcuddur. Sevinirəm ki, Azərbaycan Gürcüstanda ən iri investrolardan biridir. Bugün biz regional əməkdaşlıq daxil olmaqla, bir çox önəmli məsələyi müzakirə edəcəyik. Səfəriniz uğurlu olsun” – dedi İlham Əliyev.
Gürcüstanın baş naziri isə, öz növbəsində, iki ölkə arasınadki strateji parnyorluğu vurğuladı.
“Hər gün daha çox gözəlləşən Bakı şəhərində olduğum üçün çox sevinirəm. Buraya “Gürcüstan Dəmir Yolu”-nun rəhbəri olduğum zaman tez-tez gəlirdim və Azərbaycanın iqtisadi tərəqqisini görürdüm.
Ölkələrimiz arasındaki dostluq əsrlərdir davam edir ki, atalarımız bu münasibətlərə elə müsbət əsas qoydular ki, bizim üçün bu dostluğumu davam etdirmək və dahada gücləndirmək çox asandır. Bərabər həyata keçirdiyimiz layihələrin isə, həqiqətən beynəlxalq və tarixi əhəmiyyəti var” – dedi Mamuka Baxtadze.
“Sevinirəm ki, ölkələrimiz arasınsa ticari dövriyyə artmaqdadır. Əminəm ki, intensiv əməkdaşlıq nəticəsində, bu dövriyyə növbəti iki il ərzində 50-60 faizlə artacaq. Sevinirəm ki, Azərbaycandan gələn turistlər Gürcüstanda özlərini komfortda hiss edirlər. Əminəm ki, biz bundan sonra daha böyük məqsədlərə nail olacağıq” – dedi Gürcüstanın baş naziri.
Azərbaycan prezidenti Gürcüstanın baş nazirini “Zaqulbadaki” sarayında qarşıladı.