Mamuka Baxtadze - Gürcüstanın işğal olunmuş ərazilərində etnik münaqişə mövcud deyil, bu həmin ideanı yayan rus təbliğatıdır
Gürcüstan ərazilərinin işğalı ən böyük və ağrılı çağırışdır, işğal olunmuş ərazilərdə durum humanitar fəlakətdir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze beynəlxalq konfransda disskusiya zamanı bəyan etdi.
Konfransda baş nazir ilə disskusiya moderatoru Financial Time-ın baş redaktoru Edvard Luisdir və baş nazirə işğal olunmuş ərazilər barəsində sual verdi – “Gürcüstanın 1/5 hissəsinin – Abxaziya və Cənibi Osetiyanın Rusiya tərəfindən işğalından sonra 10 il keçdi, necə düşünürsünüz, bu ərazilərin hansı şaraitlərdə geri qaytarılması mümkündür”.
Baş nazir işğal olunmuş ərazilərdə durumu humanitar fəlakət adlandırdı və Abxaziya və Sxinvali bölgəsində əhalinin miqdarına xüsusi diqqət yetirdi.
“Gürcüstan ərazilərinin işğalı ən böyük və ağrılı çağırışdır, ərazimizin 20 faizi Rusiya tərəfindən işğal olunub və bu ərazilərdə gördüyümüz çox ağrılıdır, orada baş verənlər humanitar fəlakətdir. Xatırlatmaq istəyirəm ki, müharibəyə qədər Sxinvali bölgəsində 120 000 insan var idi, indi isə, 20 000-dir və buradan 7 000 Rusiya əsgəridir. Abxaziyada isə, müharibəyə qədər 550 000 insan var idi, indi 120 000-dən artıq deyil”, – Mamuka Baxtadze bəyan etdi.
Onun dediyinə görə, Gürcüstan hakimiyyəti humanitar fəlakətə münasibətin bildirilməsi çərçivəsində, “daha yaxşı gələcək üçün addım” təşəbbüsünü işləyib hazırladı.