Mamuka Baxtadze - Bazar ertəsi çox maraqlı görüş keçiriləcək və əminəm ki, Pankisi dərəsində mövcud olan bütün problemlərin həlli yolu tapılacaq
Bazar ertəsi çox maraqlı görüş keçiriləcək və əminəm ki, Pankisi dərəsində mövcud olan bütün problemlərin layiqi ilə həlli yolu tapılacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze verdi.
“Təəssüf ki, Pankisidə baş verməməsi gərəkən hadisələr baş verdi. Bu ölkəmizin nə keçmişinə, nə də hər bir vətəndaşın bərabər tikdiyi ölkənin gələcəyinə yaraşan hadisələr deyildi. Mən yenə bir daha ölkəmizin o gözəl bölqəsində yaşayan insanlara xüsusi hörmətimi bildirmək istəyirəm. Biz yerli əhali ilə bərabər Pankisi dərəsinni inkişaf planını hazırlayacağıq. Bu məsələ ilə bağlı yerli əhali ilə fəal münasibətdəyik” – dedi baş nazir.
Baş nazir qeyd etdi ki, ölkə iqtisadiyyatının inkişafı əhaliyə nə qədər əlavə elektrik enerji verə biləcəyinə bağlıdır.