Mamuka Baxtadze - Avqust müharibəsindən 10 ildən sonra da Rusiya Gürcüstan ərazilərinin anneksiyasına davam edir
2008-ci ilin avqust müharibəsindən 10 il sonra da Rusiya tərəfindən Gürcüstan ərazilərin işğalı və faktiki anneksiyası davam edir.
Bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Brüsseldə, Avropa Şurasının prezidenti Donald Tusk ilə görüşdü.
Baş nazir Avropa Şurasının prezidenti ilə bərabər verdiyi bəyanatlar zamanı, Gürcüstanda sülhün və sabitliyin dəstəyi və Avropa İttifaqı monitorinqi missiyasının mandatının müddətinin uzadılması üçün təşəkkür etdi.
Onun dəyərləndirməsinə görə, belə bir vəziyyətdə Avropa İttifaqının və Gürcüstanın beynəlxalq partnyorluğunun sərt mövqeyi Gürcüstanın ərazi bötüvlüyünün təmin edilməsinə əhəmiyyətli təsir göstərir.
Baş nazirin dediyinə görə, Gürcüstan sülh siyasətinə sadiqdir və ona müvafiq tədbirlər həyata keçirir.
Gürcüstanın baş naziri Belçika Krallığına dünən səfər etdi.