Mamuka Baxtadze - Alman şirkətləri Gürcüstanda biznesin yaradılması ilə getdikcə daha da maraqlanırlar
Almaniya Gürcüstan dost və partnyor ölkəsidir, biz son illərdə ikitərəfli əlaqələrin dərinləşməsi istiqamətində çox vacib nəticələr əldə etdik, – bu barədə Maliyyə naziri, Mamuka Baxtadze Almaniya Federativ Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, Haike Payç ilə görüşündə bildirdi.
Tərəflər Gürcüstan və Almaniya Federal Respublikası arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini, Almaniya hökuməti yardımı ilə ölkədə cari layihələri və gələcək partnyorluq məsələlərini müzakirə etdilər.
Maliyyə naziri, Gürcüstanın islahatlarının həyata keçirilməsində Almaniya hökumətinin dəstəyinə görə diplomata minnətdarlığını bildirdi.
Görüşün sonunda tərəflər ümidvar olduqlarını bildirdilər ki, Avropa İttifaqı ilə Gürcüstanın siyasi və iqtisadi inteqrasiya prosesi, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacaq.