Almaniyada son 24 saat ərzində koronavirusun 12 674 yeni halı aşkar edildi
Almaniyada son 24 saat ərzində koronavirusun 12 674 yeni halı aşkar edildi

Almaniyada son bir gün ərzində koronavirusun 12 674  yeni halı qeydə alındı.

Məlumatı media Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 239 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın iki milyon 558 mindən artıq halı qeydə alınıb, 73 301 pasiyent vəfat edib.