Almaniyada son 24 saat ərzində koronavirusun 4 252 yeni halı aşkar edildi
Almaniyada son 24 saat ərzində koronavirusun 4 252 yeni halı aşkar edildi

Almaniyada son bir gün ərzində koronavirusun 4 252 yeni halı qeydə alındı.

Məlumatı media Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 255 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 2 509 445 halı qeydə alınıb, 72 189 pasiyent vəfat edib.