Malxaz Maçalikaşvili - Mən DTX-nin audio-yazısında dediklərimdən daha betərlərini də demişəm
Mən DTX-nin audio-yazısında dediklərimdən daha betərlərini də demişəm, – bu sözləri parlamentin qabağında aksiya keçirən Malxaz Maçalikaşvili dedi.
Malxaz Maçalikaşvili sabah Dövlət Təhlükəsizliyi Xidmətinə sorğuya gedəcək. Parlamentin qabağındaki aksiyayı isə, onun ailə üzvləri davam edəcəklər.
“Məni həbs etsələrdə, arxamda çox sayda insan durur. Dünən Avropada gürcü və çeçen xalqının diasporaları görüşdülər. Bu səhv onların yanında qalmayacaq. Audio-yazıyı yaymaqla göstərdilər ki, onlar xüsusi əməliyyat zamanı etdikləri səhvi düzəltməyəcəklər. Mən audio-yazıda eşitdiklərinizdən daha betər şeylər də demişəm. O mənim sadəcə fikirlərimdir. Məni aylarca küçələrdə saxlamasaydılar, desəydilər, bağışla Malxaz bəy səhvimiz oldu, belə olmazdı” – dedi Malxaz Maçalikaşvili.
Onun dediyinə görə, onun yerində kim olsa, daha betər təhdidlər və təhqirlər deyərdi.