Maliyyə Nazirliyi - Ölüm faktı kredit borclarını avtomatik şəkildə silməyəcək, ona görə də, bazalarda artıq vəfat etmiş şəxslərin göstəriciləri də ola bilər
Maliyyə Nazirliyi - Ölüm faktı kredit borclarını avtomatik şəkildə silməyəcək, ona görə də, bazalarda artıq vəfat etmiş şəxslərin göstəriciləri də ola bilər

Gürcüstanın Maliyyə Nazirliyi borcların silinməsi ilə bağlı yayılan siyahılarda, artıq vəfat etmiş şəxslərin adlarının olması ilə bağlı açıqlama verir.

Nazirliyin məlumatına görə, bank və maliyyə təşkilatlarının göstəricilər bazalarında vəfat edən şəxslərin adları da olacaq, çünki ölüm faktı şəxsin kredit borclarını avtomatik şəkildə silmir.

“Qüvvədə olan qanunvericiliyə əsasən, fiziki şəxsin vəfatından sonra, onun öhdəlikləri, mirası ilə bərabər qanuni varislərinə keçir” – deyilir Maliyyə Nazirliyinin bəyanatında.