Maka Boçorişvili rəsmi səfərlə Qətər Dövlətindədir
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili rəsmi səfərlə Qətər Dövlətinə səfər edib.
Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, səfər çərçivəsində Maka Boçorişvilinin Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani, həmçinin Qətər Dövlətinin hökumət və biznes dairələrinin nümayəndələri ilə ikitərəfli görüşləri planlaşdırılıb.