Maka Boçorişvili Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Sir Bani Yas Forumu”nda iştirak edəcək
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 13-15-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Sir Bani Yas Forumu”nda iştirak edəcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, səfər çərçivəsində xarici işlər nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.